Elene Xoştariyaya qarşı rəsmən ittiham irəli sürüldü

Sep 16, 2025 - 18:28
 0  1
Elene Xoştariyaya qarşı rəsmən ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu Elene Xoştariyaya başqa şəxsin əmlakını qəsdən zədələmək ittihamı irəli sürüb.

Bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, 2025-ci il 14 sentyabrda Tbilisidə Xoştariya hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının seçki qərargahında yerləşdirilmiş üç banneri qəsdən zədələyib. Bunun nəticəsində 570 lari məbləğində maddi ziyan dəymişdir.

“Prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək,” – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Elene Xoştariya 2025-ci il 15 sentyabrda saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci bəndi (başqa şəxsin əmlakını zədələmə və ya məhv etmə, nəticədə əhəmiyyətli zərərin vurulması) ilə ittiham elan olunub. Bu maddə bir ildən beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: Intrepress.ge