ABŞ-ın saxladığı tankerin heyəti arasında altı Gürcüstan vətəndaşı ola bilər

Jan 8, 2026 - 20:20
 0  16
ABŞ-ın saxladığı tankerin heyəti arasında altı Gürcüstan vətəndaşı ola bilər

Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında deyilir ki, qurum hazırda ABŞ tərəfindən Atlantik okeanında "Marinera" tankerinin heyət üzvlərinin saxlanılmasının təfərrüatlarını araşdırır. İlkin məlumata görə, heyət üzvləri arasında altı Gürcüstan vətəndaşı var.

Xeber.ge xeber  verir ki, açıq mənbələrin məlumatına görə, 7 yanvar 2026-cı il tarixində ABŞ tərəfindən Atlantik okeanında saxlanılan "Marinera" tankerinin heyəti 28 dənizçidən ibarətdir. Onların arasında 6 Gürcüstan vətəndaşı var ki, onlardan birinin gəminin kapitanı olduğu bildirilir. Heyət tərkibinə həmçinin 20 Ukrayna və 2 Rusiya vətəndaşı daxildir.

Gəmi ilkin olaraq Qayana bayrağı altında özəl treyder tərəfindən fraxt edilib. ABŞ Sahil Mühafizəsinin gəmisi tankerin Amerika limanına doğru hərəkət etməsini tələb etsə də, kapitan bu tələbə tabe olmayıb, kursu dəyişərək Venesuela sahillərindən Atlantik okeanına doğru uzaqlaşıb.

Yol boyu kapitan tankerin adını dəyişib və Rusiya bayrağı altında müvəqqəti qeydiyyatdan keçib.