Tbilisidə faciə: Marneulidən olan tələbə qız mənzildə ölü tapılıb
Tbilisidə faciəvi hadisə baş verib. Mənzillərdən birində 24 yaşlı gənc qızın meyiti aşkar edilib.
Xeber.ge xeber verir ki,
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb.
Hadisənin dəqiq səbəbləri, ölümün hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir.