Marneulili tələbə qızın ölümü ilə bağlı yeni təfərrüatlar- VİDEO

Apr 19, 2026 - 17:56
 0  155

Tbilisidə mənzillərdən birində meyiti tapılan 24 yaşlı gənc qızın Marneuli sakini Aysun Quliyeva olduğu müəyyən edilib.

Hadisənin təfərrüatları barədə mərhumun ailə üzvləri "TV Pirveli" kanalına açıqlama veriblər.

Xeber.ge xeber  verir ki, ailə üzvləri hadisənin xronologiyasını belə nəql ediblər:

  Ailə üzvlərinin sözlərinə görə, onlar dünən axşama qədər Tbilisidə qızlarının yanında olublar. Onlar Marneuliyə qayıtdıqdan az sonra Aysunun rəfiqəsi zəng edərək mənzilə daxil ola bilmədiyini, qapını heç kimin açmadığını bildirib.

"Biz geri, Tbilisiyə qayıtdıq. Aysunla birgə qalan rəfiqəsi qapını aça bilmədiyi üçün binanın mühafizəsini və polisi çağırıblar. Polislər qapını sındıraraq içəri girəndə Aysunun meyitini tapıblar. Hamam otağından musiqi səsi gəlirdi. Biz hələ də nə baş verdiyini bilmirik," - deyə ailə üzvlərindən biri bildirib.

  Hüquq-mühafizə orqanları ilkin olaraq özünəqəsd versiyası üzərində dayanır. Lakin mərhumun yaxınları bu versiyaya inanmadıqlarını və ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ekspertizanın rəyini gözlədiklərini vurğulayıblar.

  Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaqı davam etdirir. Polislər artıq Aysun Quliyevaya məxsus mobil telefonu və şəxsi əşyaları maddi sübut kimi götürüblər. Hazırda hadisənin bütün detalları araşdırılır.