Gürcüstanın marketlər şəbəkəsində "Top Qiymət" aksiyası başlayıb

May 13, 2026 - 21:50
 0  14
Gürcüstanın marketlər şəbəkəsində "Top Qiymət" aksiyası başlayıb

Gürcüstanın iri marketlər şəbəkələrində əsas ərzaq məhsullarından ibarət "istehlak səbəti" üçün xüsusi endirim kampaniyalarına start verilib.

Xeber.ge xeber  verir ki,"Agrohub" şirkətinin kommersiya direktoru Ana Qaxariya rəflərdə "Top Qiymət" nişanlı qırmızı qiymət etiketlərinin görünəcəyini bəyan edib.

Aksiyanın əsas şərtləri:

·         "Top Qiymət" nişanı: Bu nişan müştərilərin konkret məhsulu şəbəkə daxilində ən əlverişli qiymətə əldə edə biləcəyini ifadə edir.

·         Yüksək endirim faizi: "İstehlak səbəti"nə daxil olan məhsullar üçün nəzərdə tutulan endirim dərəcəsi standart endirimlərdən xeyli yüksək olacaq.

·         Endirim həcmi: Şirkət rəsmisinin sözlərinə görə, şəbəkədə orta endirim faizi 30-35% təşkil etsə də, seçilmiş məhsullarda bu rəqəm daha yüksək ola bilər.

Məhsul çeşidi və təşkilatçılıq:

Şəbəkə marketlərində endirimli məhsullar üçün xüsusi "istehlak səbəti" guşələri yaradılıb. Müştərilər 15 növ məhsulu güzəştli şərtlərlə əldə edə biləcəklər.

Ailə səbətinə daxil olan əsas məhsullar bunlardır:

·         Yağ, düyü və qarabaşaq;

·         Yumurta, makaron və çörək;

·         Şəkər tozu, süd məhsulları və toyuq əti.

Qeyd olunub ki, hər bir şirkət müştərilərə təqdim edəcəyi endirim növlərini və xüsusi təklifləri fərdi qaydada müəyyənləşdirir.