Marneulidə azyaşlı nəvəsini məcburi evliliyə məcbur edən qadın saxlanılıb

Oct 9, 2026 - 11:06
 0  25
Marneulidə azyaşlı nəvəsini məcburi evliliyə məcbur edən qadın saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartlı Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları azyaşlı ailə üzvünü evliliyə məcbur etməkdө şübhəli bilinən bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı nəvəsini öz iradəsinin əleyhinə olaraq, gender ayrı-seçkiliyi əlaməti və dözümsüzlük motivi ilə kənd sakini olan bir kişiyə ərə getməyə məcbur edib.

Keçirilmiş istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları qadını təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 150-ci prima maddəsi ilə istintaq aparılır ki, bu da 4 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.