Saakaşvili: "Putin Zelenski ilə görüşməyə razılaşıb, çünki başqa çıxış yolu yoxdur”

Aug 20, 2025 - 11:07
 0  33
Saakaşvili: "Putin Zelenski ilə görüşməyə razılaşıb, çünki başqa çıxış yolu yoxdur”

"Vaşinqtonda Tramp və Zelenski arasında baş tutan danışıqlar “iki aşiqin görüşünə” bənzəyirdi."

Bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ABŞ-da keçirilən görüşləri şərh edərək bildirib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukraynaya ABŞ və Avropanın hərbi müdafiə təminatlarının verilməsi olub və tərəflər bu barədə razılığa gəliblər. Bu isə NATO-nun 5-ci maddəsinə bənzər müdafiə təminatının əldə olunması deməkdir.

Saakaşvilinin fikrincə, Rusiya prezidenti Vladimir Putinin Zelenski ilə görüşməyə razılaşmasının başqa alternativi yoxdur:

“Rusiyanın büdcəsində tarixdə ən böyük kəsir yaranıb. Cəbhədə ruslar irəliləyə bilmir, əksinə indi hücumda Ukraynadır. Putin sadəcə çalışır ki, müharibənin bitməsi onun məğlubiyyəti kimi görünməsin”.

O əlavə edib ki, bu vəziyyət istənilən halda “əsrlər ərzində Rusiyanın ən böyük məğlubiyyəti” kimi tarixə düşəcək və bölgədə ciddi dəyişikliklərə yol açacaq.

mənbə: interpress