Didubedə faciə: Üzərinə dəmir konstruksiya aşan yük maşınının sürücüsü həyatını itirdi-VİDEO

Jun 21, 2026 - 15:19
 0  22

Tbilisinin Didube rayonunda baş verən ağır bədbəxt hadisə nəticəsində yük avtomobilinin sürücüsü dünyasını dəyişib.

XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyi faktla bağlı artıq istintaqa başlayıb.

Hadisə yerində xüsusi xilasetmə əməliyyatı həyata keçirilib. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları uzun müddət ağır dəmir konstruksiyaların altında qalan sürücünü kabinadan çıxarmağa çalışıblar.

Məlumata görə, faciəyə səbəb yük maşınının daşıdığı materialların təhlükəsizlik qaydalarına uyğun bərkidilməməsi olub. Belə ki, sürücü işıqforda qəfildən əyləcə  basıb.

Bu zaman maşının yük yerində daşınan tikinti materialları — ağır armaturlar ətalət nəticəsində önə doğru sürüşərək maşının kabinasının üzərinə aşıb və onu əzib.

Ağır xəsarətlər alan sürücünün həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini və təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını araşdırır.