Gürcüstanda qanunsuz silah dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat: 12 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində paytaxtda və bölgələrdə xüsusi əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki,
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərinə, yaşayış evlərinə, avtomobillərinə və köməkçi tikililərinə baxış keçirilib. Axtarışlar zamanı maddi sübut kimi aşağıdakılar götürülüb:
- Müxtəlif növ odlu silahlar;
- Avtomat silahlar;
- Əl qumbarası;
- Silah daraqları;
- Çox sayda döyüş patronu.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və ya qurğuların qanunsuz olaraq əldə edilməsi, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və ya satışı) ilə istintaq aparılır.
Daxili İşlər Nazirliyi qanunsuz silah dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatların davam etdiriləcəyini bildirib.