Marneuli merinin qardaşı zorakılıq ittihamı ilə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi Marneuli bələdiyyəsinin meri Daşqın İsmayılovun qardaşı Kənan İsmayılovun saxlanılması barədə məlumatı təsdiqləyib.
Xeber.ge xəbər verir ki,
Merin qardaşının saxlanılması barədə məlumatı ilkin olaraq hüquq müdafiəçisi Samirə Bayramova yayıb. Onun iddiasına görə, hadisə qrup şəklində törədilib:
"Marneuli merinin qardaşı saxlanılıb. O, maskalı şəxslərdən ibarət qrupla birlikdə bu gün səhər saatlarında yerimə məhdudiyyəti olan bir vətəndaşı vəhşicəsinə döyüb. İddia olunur ki, bu prosesdə meriyanın məsləhətçiliyinə namizəd olan şəxs də iştirak edib", - deyə S. Bayramova bildirib.
Daxili İşlər Nazirliyi saxlanılma faktını təsdiqləsə də, hadisənin digər iştirakçıları və təfərrüatları barədə hələlik geniş açıqlama verməyib. Hazırda istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 126-cı maddə üzrə təqsirli bilinən şəxsləri cərimə, ictimai işlər və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.