Tbilisidə və Şərqi Gürcüstanda isti və günəşli hava gözlənilir

Jun 21, 2026 - 16:39
 0  61
Tbilisidə və Şərqi Gürcüstanda isti və günəşli hava gözlənilir

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə Tbilisi şəhərində və Gürcüstanın şərq rayonlarında əsasən isti və günəşli hava şəraiti üstünlük təşkil edəcək.

 Gündüz saatlarında havanın temperaturu +30°C ilə +34°C dərəcəyə qədər yüksələcək, gecə saatlarında isə +18°C və +20°C dərəcə hüdudlarında dəyişəcək.

XEBER.GE xeber  verir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, ölkənin bəzi bölgələrində qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilsə də, bu yağıntılar irimiqyaslı xarakter daşımayacaq.

Bununla yanaşı, dövri olaraq şimal-qərb istiqamətli külək əsəcək.

Gələn həftənin əvvəlində də isti hava dalğası öz təsirini qoruyub saxlayacaq.

Paytaxt Tbilisidə gündüz saatlarında maksimum temperaturun +28°C ilə +29°C dərəcə ətrafında olacağı proqnozlaşdırılır.