Tbilisidə mənzil qarət olundu
Tbilisidə mənzillərin birindən külli miqdarda pul və qiymətli əşyalar oğurlanıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində mənzil oğurluğunda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb.
XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə paytaxt mənzillərinin birində qeydə alınıb:
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yerləşən yaşayış mənzillərindən birinə gizli yolla daxil olub. O, mənzildən külli miqdarda pul və qiymətli əşyaları qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb", -deyə məlumatda qeyd olunur.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evinə baxış keçirilib. Çıxarılan məhkəmə qərarı əsasında aparılan axtarış zamanı oğurlanmış əşyaların bir hissəsi və mənzillərə girmək üçün istifadə olunan xüsusi alətlər maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə istintaq aparılır. Keçmiş məhkumluqları olan bu şəxsi törətdiyi əmələ görə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.