Gürcüstanın yanacaq bazarında bahalaşma dalğası

Mar 20, 2026 - 13:09
 0  21
Gürcüstanın yanacaq bazarında bahalaşma dalğası

Dünya bazarlarında neftin bahalaşması fonunda Gürcüstanda yanacağın pərakəndə satış qiymətlərində artım meyli davam edir.

Xeber.ge xəbər verir ki, son bir həftə ərzində ölkədə benzinin qiyməti orta hesabla 5–20 tetri, dizel yanacağı isə 15–32 tetri bahalaşıb.

Bahalaşma ölkənin demək olar ki, bütün iri yanacaqdoldurma şəbəkələrində ("Gulf", "Wissol", "Socar", "Rompetrol" və "Lukoil") qeydə alınıb. BMG-nin məlumatına görə, dizel yanacağının qiymətindəki artım daha kəskin xarakter daşıyır, benzin qrupu üzrə bahalaşma isə nisbətən mülayimdir.

Hazırda müxtəlif brendlərin stansiyalarında yanacağın qiyməti 3.14 lari ilə 3.73 lari arasında dəyişir.

İqtisadi ekspertlərin qiymətləndirməsinə görə, yerli bazardakı bu bahalaşma birbaşa beynəlxalq bazarlarda baş verən tendensiyalarla bağlıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal qiymət artımı davam edərsə, yaxın vaxtlarda Gürcüstanın yanacaq bazarında növbəti qiymət korreksiyası qaçılmaz ola bilər.