İnterpolun qırmızı bülleteni ilə axtarılan əcnəbi Batumi hava limanında saxlanılıb

Oct 17, 2026 - 13:11
 0  11
İnterpolun qırmızı bülleteni ilə axtarılan əcnəbi Batumi hava limanında saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, saxlanılan şəxs Belçika Krallığının hüquq-mühafizə orqanlarının tələbi əsasında dələduzluq ittihamı ilə axtarışda olub.

Patrul Polisi Departamentinin əməkdaşları axtarılan şəxsi Gürcüstan sərhədini keçməyə cəhd etdiyi zaman Batumi Beynəlxalq Hava Limanında saxlayıblar.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.