Prokurorluq bir neçə fond rəhbərinin evlərində keçirilən axtarışlarla bağlı bəyanat yayır

Apr 29, 2025 - 14:04
 0  28
Prokurorluq bir neçə fond rəhbərinin evlərində keçirilən axtarışlarla bağlı bəyanat yayır

Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında “fondların” rəhbərlərinin - Nana Jorjoliani, Aleksandre Tsqitişvili, Laşa Arveladze, Quga Xelaia və Mariam Bacelidzenin faktiki və qeydiyyat ünvanlarında yerləşən yaşayış evlərində və şəxsi əşyalarında axtarışlar aparılır.

Bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, araşdırma sabotaj, ağırlaşdırıcı hallarda sabotaj cəhdi, xarici təşkilatlara və xarici nəzarətə tabe olan təşkilatlara düşmən fəaliyyətində yardım etmə, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı fəaliyyət üçün maliyyə toplama faktları üzrə aparılır.

Bildirilib ki, 2025-ci il 17 martda “Nanuka Fondu”, “Frosferiti”, “Fond Bir-biri üçün 24/7”, “Sirtsxviliya” və “Tbilisi İnsan Hüquqları Evi”nin bank hesablarına həbs qoyulub. Bu fondların, ictimai qaydalara qarşı ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin maliyyə təminatında, həmçinin inzibati cərimələrin ödənilməsində iştirak etdiyi göstərilir.

Prokurorluğun məlumatına görə, cinayət işi çərçivəsində sübut kimi əhəmiyyətli informasiyaların və sənədlərin əldə olunması məqsədilə məhkəmə qərarı əsasında axtarışlar həyata keçirilir. Bu prosesi Gürcüstan Prokurorluğunun istintaq bölmələri və Dövlət Təhlükəsizlik Xidməti birgə icra edirlər.

mənbə: Interpress