Marneulidə vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Jan 14, 2026 - 11:00
 0  28
Marneulidə vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Marneulidə odlu silahdan istifadə etməklə vətəndaşa qarşı sistemli şəkildə zorakılıq göstərən və pul tələb edən 40 yaşlı kişi saxlanılıb.

Xeber.ge xəbər verir ki, məlumata görə, əvvəllər məhkum olunmuş və şərti cəza altında olan şəxs Marneulidə tutulub. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən həmkəndlisi, 1987-ci il təvəllüdlü R.E.-dən sistemli şəkildə pul tələb edib və ödəniş etmədiyi təqdirdə onu ölümlə hədələyib. Hədə-qorxu yolu ilə R.E. sentyabr ayından bu günədək müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 1300 lari pul verib.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində E.A. hakim qərarı əsasında təqsirləndirilən şəxs saxlanılıb", — deyə qurum bildirir.

İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "m" bəndi və 181-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.