İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb

Milanda 36 yaşlı gürcü kişi saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Onların verdiyi xəbərə görə, binalardan birinin qarşısında dayanan, xarici nömrə nişanlı avtomobildən bir kişi düşüb və ona yaxınlıqdakı binadan çıxan başqa bir şəxs zərf verib.
Şübhəli hərəkət əsasında hüquq-mühafizə orqanları 36 yaşlı gürcü ilə yanaşı 46 yaşlı Rumıniya vətəndaşını da saxlayıblar.
Axtarış zamanı 36 yaşlı şəxsdə 3 qram marixuana aşkarlanıb, avtomobildən isə: 12 ədəd zinət əşyası, 15 ədəd əl istehsalı gümüş külçə (7 kq-dan çox), çoxsaylı bank kartları, bir neçə mobil telefon, açar dəsti və 52.980 avro nağd pul tapılıb.
Evlərində də axtarış aparılıb və ümumilikdə hər iki saxlanılan şəxsdən 324 kq gümüş və 61.000 avro nağd pul götürülüb.