2024-cü ilin dekabrında Gürcüstanda yaşayış minumumu artıb
2024-cü ilin dekabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yaşayış minimumu cəmi 10,6 lari artıb, əvvəlki ayla müqayisədə isə 2,2 lari azalma var.
Bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ilin dekabrında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 260,2 lari olduğu halda, 2023-cü ilin dekabrında bu rəqəm 249,6 lari idi, 2024-cü ilin noyabrında isə bu rəqəm 262,4 lari olub.
Orta istehlakçı üçün yaşayış minimumuna gəlincə, ötən ilin dekabrında 230,5 lari, noyabrda 232,3 lari, 2023-cü ilin dekabrında isə 221,1 lari müəyyən edilib.
Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbətinə əsasən müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətli insanın normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriyi özündə əks etdirən müəyyən edilmiş normativ səbətdir.