Daxili İşlər Nazirliyi Marneulidə odlu silah alma-saxlama və daşıma ittihamı ilə bir nəfəri saxlayıb

Jan 15, 2025 - 20:14
 0  52
Daxili İşlər Nazirliyi Marneulidə odlu silah alma-saxlama və daşıma ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyi Marneulidə qanunsuz olaraq odlu silah və döyüş sursatlarının alınması, saxlanması və gəzdirilməsi ittihamı ilə bir nəfəri həbs edib.

Yanvarın 10-da yayılan məlumata görə, Marneulidə əcnəbi vətəndaş, 2001-ci il təvəllüdlü D.H. saxlanılıb. “Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları 2001-ci il təvəllüdlü əcnəbi vətəndaş D.H.-nın Marneulidə müvəqqəti yaşadığı ünvana baxış keçirərək, oradan odlu silah, 10 ədəd güllə və 1 ədəd ağızlıq maddi sübut kimi müsadirə ediblər", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, polis Tbilisi və regionlarda qanunsuz olaraq odlu silah, döyüş sursatlarının alınması, saxlanması, daşınması ittihamı ilə ümumilikdə 9 nəfəri həbs edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

mənbə: marneulifm