Buludlu və yağmurlu hava gözlənilir
Bu gün Gürcüstanda buludluluğun artacağı, səhər yağış yağacağı gözlənilir.
Bu barədə Milli Ətrqf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanda zaman keçdikcə buludluluq artacaq. Gecə və səhər əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s. Havanın temperaturu: düzənlikdə gündüz +8, +13°; dağlarda gündüz +2, +7°; Yüksək dağlıq ərazilərdə gündüz -1, +4° isti təşkil edəcək.
Şərqi Gürcüstanda - vaxt keçdikcə buludluluq artacaq. Gecə və səhər əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s. Havanın temperaturu: düzənliklərdə gündüz +4, +9°; dağlarda gündüz 0, +5°; Yüksək dağlıq ərazilərdə gündüz -4, +1° isti təşkil edəcək.
mənbə: interpress