Güclü qar səbəbindən Batumi aeroportunda 8 aviareys təxirə salınıb

Güclü qar və çovğun səbəbindən bu gün Batumi Beynəlxalq Hava Limanında 8 aviareys təxirə salınıb.
Bu barədə Batumi beynəlxalq hava limanı məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Batumi-İstanbul marşrutu üzrə uçuşlar artıq üçüncü gündür ki, həyata keçirilmir.
mənbə: apa