Prokurorluq Qardabanidə törədilən qəsdən adam öldürmə faktı üzrə iki şəxsə ittiham irəli sürüb

Jan 8, 2026 - 15:43
 0  21
Prokurorluq Qardabanidə törədilən qəsdən adam öldürmə faktı üzrə iki şəxsə ittiham irəli sürüb

Qardabanidə baş vermiş qanlı hesablaşma - Gürcüstan Prokurorluğu ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında döymə və zorakılıq faktları üzrə iki nəfərə ittiham irəli sürüb.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayır.

Təqsirləndirilən şəxslərdən birini 2 ildən 5 ilə qədər, digərini isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə artıq məhkəməyə müraciət edib.