İtaliyada oğurluq etdiyi üçün bir gürcü saxlanılıb

Jan 8, 2026 - 15:52
 0  21
İtaliyada oğurluq etdiyi üçün bir gürcü saxlanılıb

İtaliyada Verona karabinerləri (yerli polis) Gürcüstan vətəndaşı olan bir kişini saxlayıblar.

Bu barədə məlumatı yerli media yayır.

Xeber.ge xəbər verir ki, medianın məlumatına görə, həmin şəxs parik mağazasının vitrini sındıraraq pul və kompüter oğurlayıb.

O, həmçinin kiçik bir zərgərlik mağazasına daxil olmağa cəhd edərək oradan 100 avro götürüb, habelə daha iki bara girməyə çalışıb.