Tbilisidə vətəndaşı döyərək soyan 5 şəxs saxlanıldı

Aug 21, 2026 - 10:38
 0  18
Tbilisidə vətəndaşı döyərək soyan 5 şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zorakılıqla törədilmiş soyğunçuluq ittihamı ilə 5 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə bir vətəndaşa fiziki zorakılıq tətbiq edərək onun şəxsi əşyalarını, o cümlədən bahalı mobil telefonunu əlindən alıb və hadisə yerindən qaçıblar.

Keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsləri təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis saxlanılanların soyğunçuluq yolu ilə əldə etdiyi əşyaların bir hissəsini maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.