2026-cı il 1 iyundan etibarən sığorta qeydiyyatında yeni tələblər

Jan 8, 2026 - 19:43
 0  44
2026-cı il 1 iyundan etibarən sığorta qeydiyyatında yeni tələblər

Qərara əsasən, 2026-cı il iyunun 1-dən etibarən icraçı qurum Ümumi Səhiyyə Mühafizəsi proqramı çərçivəsində planlı ambulator xidmətlər üzrə benefisiarların qeydiyyat modulundan ölkə hüdudlarından kənarda fasiləsiz olaraq 6 ay və ya daha çox müddətdə olan şəxslərin qeydiyyatını dayandırmağa borcludur.

Xeber.ge xeber  verir ki, bununla yanaşı, faydalanan şəxsin yenidən qeydiyyatı Gürcüstan Hökumətinin 21 fevral 2013-cü il tarixli 36 nömrəli "Ümumi səhiyyəyə keçid məqsədilə həyata keçiriləcək bəzi tədbirlər haqqında" qərarı ilə təsdiq edilmiş proqramın 23-cü maddəsinin 4-cü bəndində müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçiriləcəkdir.

Yəni proqramda iştirak edən tibb müəssisələri proqramdan faydalanan şəxslərin qeydiyyatını yalnız həmin şəxsin razılığı əsasında həyata keçirməlidir.

Bu razılıq faydalanan şəxsin, yaxud yetkinlik yaşına çatmayanlar halında onun qanuni nümayəndəsinin imzası ilə təsdiqlənməlidir.

Qərara görə, benefisiarların qeydiyyat statusunun yoxlanılması üçün əlavə meyarlar nazirin əmri əsasında 2026-cı il iyunun 1-dək təsdiq edilməlidir.