Gürcüstanda elektroşok və qaz balonları ilə bağlı cərimələr tətbiq olunur

Jan 4, 2026 - 15:11
 0  47
Gürcüstanda elektroşok və qaz balonları ilə bağlı cərimələr tətbiq olunur

1 yanvardan etibarən elektroşok cihazlarının hazırlanması, saxlanılması, daşınması və üzərində gəzdirilməsi 500 lari məbləğində cərimə ilə cəzalandırılacaq.
Təkrar pozuntuya görə 1 000 lari məbləğində cərimə nəzərdə tutulur.

  Xeber.ge xeber  verir ki, bundan əlavə, qanunvericiliyə əsasən, özünümüdafiə halları istisna olmaqla, qaz balonlarının açıq şəkildə daşınması və ictimai yerlərdə nümayiş etdirilməsi qadağan ediləcək. Onların hazırlanması, təmiri, idxalı və ixracı üçün lisenziya tələb olunacaq.

Lisenziyanın dəyəri 100 lari təşkil edir. Lisenziyasız qaz balonlarının satışı, daşınması və təmiri ilk pozuntuya görə 5 min lari, təkrar pozuntuya görə isə 6 min lari məbləğində cərimə ilə cəzalandırılacaq.

Bundan başqa, qanun layihəsi Gürcüstana səs-küy (akustik) silahının icazəsiz gətirilməsinə və bu cür silahın alınması qaydalarının pozulmasına görə cərimələrin tətbiqini nəzərdə tutur. Cərimənin məbləği 500 lari olacaq və bu, o cümlədən xarici vətəndaşlara da şamil ediləcək.