"Agrohub" südün yararlılığı barədə açıqlama yayımlayır

"Agrohub" bəyan edir ki, şirkət tərəfindən digər tədarükçülərdən alınan istənilən xammal və ya məhsul "Agrohub"ın laboratoriyasında çoxmərhələli əlavə yoxlamadan keçir.
"Konkret olaraq, bir neçə şirkətdən aldığımız süd yoxlama mərhələlərindən keçir – çəndə fiziki-kimyəvi və mikrobioloji parametrlər yoxlanılır. Daha sonra gətirilən süd turşuluq və pH balansı, istilik davamlılığı, somatik hüceyrələr, antibiotiklər və ümumi mikrob sayı baxımından test edilir. Elə hallar olub ki, tədarükçüdən alınan süd bu yoxlama meyarlarına cavab verməyib və belə məhsul geri qaytarılıb", – deyə açıqlamada bildirilir.
Şirkətin məlumatına görə, "Agrohub"ın istehsal sahəsinə keyfiyyət tələblərinə cavab verməyən heç bir xammal daxil ola və məhsul kimi bazara çıxarıla bilməz.
"Tam məsuliyyətlə bəyan edirik ki, "Agrohub" tərəfindən istehsal edilən bütün məhsullar təbii və sağlam xammaldan hazırlanır və insan sağlamlığı üçün tamamilə təhlükəsiz və zərərsizdir", – deyə şirkət bildirir.
"Agrohub" və "Sante"nin açıqlamalarında "Qvarlis Bağa" ilə əməkdaşlıq edib-etmədikləri və ya südü konkret olaraq kimdən aldıqları barədə məlumat verilmir.
mənbə: marneulifm