"Gəlin böhtanın Cinayət Məcəlləsində ağırlaşdırıcı hal kimi nəzərə alınması barədə düşünək"

“Gürcü Arzusu”nun üzvü Tea Tsulukiani partiya yoldaşlarına təklif edib ki,
gələcəkdə böhtan Cinayət Məcəlləsində ağırlaşdırıcı hal kimi nəzərdən keçirilsin.
Bunu Tsulukiani bu gün, 26 iyun tarixində “İfadə və söz azadlığı haqqında” qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, vaxtilə Mixeil Saakaşvili Cinayət Məcəlləsindən böhtan anlayışını qəsdən çıxarıb ki, hamıya istədiyini yükləyə bilsin.
“Böhtanla bağlı qanun layihəsinin təşəbbüsçülərinə təşəkkür etmək istəyirəm. Cəmiyyətə xatırlatmaq istəyirəm ki, ‘qızılgül inqilabından’ az sonra Mixeil Saakaşvili Cinayət Məcəlləsindən böhtan anlayışını çıxardı və bu gün də bu anlayış cinayət-hüquq sisteminin bir hissəsi deyil.
Komissiyamız son aylarda işləyərkən belə nəticə ortaya çıxdı: bu addım yalnız insanlara istədiyi damğanı vurmaq üçün deyil, həm də çoxsaylı qətlləri müşayiət edən böhtanları yaymaq məqsədi daşıyırdı.
Məsələn: Serqo Tetriadzeni casus adlandırmaq, Paata Kardavanı vətənə xəyanətdə ittiham etmək, Davit Tsindeliani və başqaları haqqında yayılan ittihamlar – bütün bunlar mümkün oldu, çünki o, cəza normasını əvvəlcədən ləğv etmişdi.”
Tsulukiani əlavə edib:
“Gələcəkdə yaxşı olardı ki, Cinayət Məcəlləsində böhtan heç olmasa ağırlaşdırıcı hal kimi qəbul edilsin – əgər bu barədə razılığa gələriksə.”
O həmçinin vurğulayıb ki, əvvəlki çağırış Parlamentində dəfələrlə bu cür təşəbbüslər olmuşdu, amma bu gün baş verən dəyişikliklər onun fikrincə “tarixi” xarakter daşıyır.
“İndi qanuna edilən dəyişiklik ilə insan, heç olmasa, vətəndaş qaydasında böhtandan daha yaxşı qorunacaq. Cinayət hüququ sahəsində isə təklif budur ki, gələcəkdə bu məsələləri birlikdə müzakirə edək”, - Tsulukiani deyib.
Tea Tsulukianinin çıxışına cavab olaraq, qanun layihəsinin məruzəçisi deputat Davit Matikaşvili bəyan edib ki, böhtanın ağırlaşdırıcı hal kimi nəzərə alınması təklifini məmnuniyyətlə müzakirə edəcəklər.
“Gürcü Arzusu” söz və ifadə azadlığını növbəti qanun dəyişikliyi ilə məhdudlaşdırır
“İfadə və söz azadlığı haqqında” qanuna dəyişikliklər “Gürcü Arzusu” tərəfindən təcili prosedurla həyata keçirilir. Bu isə o deməkdir ki, qanun bu həftə qəbul olunacaq.
Ləğv edilir qanunun o hissəsi ki, ifadə azadlığının məhdudlaşdırılması zamanı sübut yükü iddiaçı tərəfin üzərində idi və sübut olunmayan şübhələr ifadə azadlığının xeyrinə həll olunmalı idi.
Qanun layihəsi qəbul edildikdən sonra, böhtanla bağlı məhkəmə çəkişmələrində sübut yükü cavabdeh tərəfin üzərinə keçəcək. Beləliklə, mənəvi və ya reputasiya zərəri görmüş iddiaçı, artıq cavabdehin yaydığı məlumatın yalan olduğunu sübut etməyə məcbur olmayacaq. Əvəzində, cavabdeh tərəf sübut etməlidir ki, onun açıqlaması iddiaçı haqqında əsaslı şəkildə yalan faktlar içermir.
Qanun layihəsinə əsasən, böhtanın tərifi də dəqiqləşdirilir – yəni “əsaslı şəkildə yalan faktlar içərən və şəxsin adını ləkələyən açıqlama” kimi tanınacaq.
Bundan əlavə, “Gürcü Arzusu” ifadə və çağırış azadlığına dair maddəni də qanundan çıxarır.
Bu “İfadə və söz azadlığı haqqında” qanuna dəyişikliklərin ikinci oxunuşu zamanı “Xalqın Gücü” fraksiyasından deputat Viktor Caparidze müvafiq maddə ilə bağlı sual verdikdən sonra məlum oldu.
mənbə: marneulifm