İsrailin törətdiyi “elm soyqırımı”
İsrailin elm sahəsinə qarşı törətdiyi soyqırımı ilə bağlı dəhşətli statistika açıqlanıb.
Xeber.ge xəbər verir ki,
İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektoru və İordan çayının Qərb sahilində 20 058 fələstinli şagird və tələbəni qətlə yetirib, 31 139 təhsilalanı isə yaralayıb.
Həmçinin 846 şagird və tələbə də İsrail tərəfindən həbs edilib.
Bundan başqa, İsrail qüvvələri 1 037 müəllim və direktru qətlə yetirib, 4 740 pedaqoqu isə yaralayıb. Ən azı 228 müəllim və direktor isə həbs edilib.
İsrail Qəzza sektorunda 179 dövlət məktəbini və 63 universitet binasını tam şəkildə məhv edib. Həmçinin 118 dövlət məktəbi və BMT-yə məxsus 100-dən çox təhsil müəssisəsi də bombardmanlara məruz qalaraq ciddi dağıntılara məruz qalıb.
mənbə: azshafaqna.com