Bu türk ölkəsində robot xəstəni əməliyyat etdi

Oct 18, 2025 - 18:46
 0  21
Bu türk ölkəsində robot xəstəni əməliyyat etdi

Daşkənddə robot texnologiyasından istifadə edilərək özbək və qazax həkimlərin birgə komandası tərəfindən cərrahiyyə əməliyyatı həyata keçirilib.

Xeber.ge xeber  verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat Özbəkistanda Qazax Tibb Günləri çərçivəsində baş tutub.

Qeyd olunub ki, robot mükəmməl anatomik dəqiqliklə əməliyyatı icra edib:

“Xəstə üçün bu, daha az ağrı, daha sürətli sağalma və uzun illər aktiv həyat deməkdir”.

mənbə: axar,az