Məhkəmə 4 oktyabr hadisələri ilə əlaqədar saxlanılan daha 10 nəfərə həbs cəzası verdi

Oct 19, 2025 - 11:31
Oct 19, 2025 - 11:59
 0  15
Məhkəmə 4 oktyabr hadisələri ilə əlaqədar saxlanılan daha 10 nəfərə həbs cəzası verdi

4 oktyabr hadisələri ilə əlaqədar saxlanılan daha 10 nəfərə qarşı Tbilisi Şəhər Məhkəməsi qətimkan tədbiri olaraq həbs təyin etdi.

Xüsusilə, hakim Leyla Kiliçenko Gennadi Kelixaşvili, Dato Qurtskaya, Ramaz Corbenadze, Candri Tirkia, Gia Toloraya, Quri Jvaniya, Kaxaber Kvaçantiradze, Simon Maxaradze, Avtandil Topçişvili və Mixeil Tolorayanı həbsə göndərdi.

Xeber.ge xeber  verir ki, prokurorluq onları qrup şəklində zorakılıqda iştirakda ittiham edir, bəzilərinə isə aşağıdakı maddə üzrə də ittiham irəli sürülüb: qrup şəklində strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə cəhd.

Bir neçə saat əvvəl hakim Kiliçenko eyni iş üzrə saxlanılan 4 şəxsə həbs cəzası vermiş, fəal Mariam Meyqantişviliyə isə qətimkan tədbiri olaraq 10.000 larilik girov ödəməyi həvalə etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi 4 oktyabr işi ilə əlaqədar daha 16 nəfəri 17 oktyabrda saxlayıb.

Hazırda ümumilikdə 62 nəfər saxlanılıb.