Keçmiş məmurların evlərində axtarışlar – Fiqurantlar görünmür

Keçmiş yüksək rütbəli məmurların evlərində aparılan axtarışlardan 2 gün sonra da istintaq hansı maddələrlə istintaq apardığını açıqlamır. Hadisədən sonra işdə adı keçənlər də ictimaiyyətə görünməyiblər.
Xeber.ge xeber verir ki,
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparıldığı barədə məlumat yayıb.
DTX-də keçirilən brifinqdə məlum olub ki, oktyabrın 17-də 24 mənzil və yaşayış evində axtarış aparılıb.
Xüsusi əməliyyat Tbilisi, Dedoplistsqaro, Çoxatauri, Vanı və Borjomidə keçirilib.
Emzar Qaqnidzenin brifinqdə bildirdiyi kimi, axtarış Sandro Liluaşvili, Mixeil Çoxeli, Parkauli qardaşları, Romeo Mikautadze (korrupsiyaya görə iyun ayında həbs olunan İqtisadiyyat nazirinin keçmiş müavini) və onlarla əlaqəli şəxslərin evlərində də aparılıb.