Acarada narkotik cinayətlərində günahlandırılan 2 nəfər saxlanılıb

Oct 19, 2025 - 12:32
 0  15
Acarada narkotik cinayətlərində günahlandırılan 2 nəfər saxlanılıb
: :
playing

Xarici ölkə vətəndaşları külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və satışına yardım etmək ittihamı ilə saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, ittiham olunan şəxslərin şəxsi, yaşayış evləri və avtomobillərində axtarış aparılarkən, həmçinin müxtəlif yerlərdən külli miqdarda və xüsusilə külli miqdarda satış üçün hazırlanmış narkotik vasitələri maddi sübut kimi götürülüb.

Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.