Britaniya sanksiyaları Bidzina İvanişviliyə hansı problemlər yaradacaq?
Birləşmiş Krallığın İcmalar Palatasının 15 üzvü icraçı hökumətə müraciət edərək Bidzina İvanişvili və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunmasını tələb edib.
Əgər Birləşmiş Krallıq Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etsə, bu, ciddi maliyyə və hüquqi problemlər yaradacaq. İvanişvili ailəsinin biznesləri, əsasən, Britaniya Virciniya Adaları və Kayman Adaları kimi Birləşmiş Krallığın ofşor ərazilərində qeydiyyatdan keçdiyinə görə, sanksiyalar
onların fəaliyyətini iflic edə bilər.
Sanksiyaların yaratdacağı problemlər:
Aktivlərin dondurulması – İvanişvili ailəsinin bütün maliyyə aktivlərinə, o cümlədən ofşor ərazilərdəki hesablara çıxışın itirilməsi;
Maliyyə xidmətlərinə çıxışın məhdudlaşdırılması – bank əməliyyatlarının həyata keçirilməsində çətinliklər;
Gürcüstandakı şirkətlərin fəaliyyətinə təsir – sanksiyalar nəticəsində İvanişvilinin Gürcüstanda fəaliyyət göstərən 95-dən çox şirkətinin işində geriləmə gözlənilir, o cümlədən:
❌ Kartu Bankı
❌ Kartu Fondu
❌ Qalereya Tbilisi
❌ Axis Towers
❌ Heidelberg Cement
❌ Poti Azad Sənaye Zonası
❌ Gürcüstanın Turizm İnkişaf Fondu (bu fondun nəzdində bir neçə mehmanxana fəaliyyət göstərir).
Sanksiyaların səbəbləri
Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq olunmasının səbəbləri aşağıdakılardır:
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılması;
Dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi;
Demokratik prinsiplərin pozulması;
Gürcüstanda Rusiyanın təsirinin gücləndirilməsinə dəstək verilməsi;
ABŞ tərəfindən Bidzina İvanişviliyə qarşı tətbiq olunmuş sanksiyalar.
mənbə: marneulifm