Ölkə ərazisində yağmurlu hava şəraiti nə vaxtadək davam edəcək?

Jul 2, 2025 - 19:04
 0  87
Ölkə ərazisində yağmurlu hava şəraiti nə vaxtadək davam edəcək?

2 iyul axşamından 4 iyul günortanın sonuna qədər şərqi Gürcüstanın əksər bölgələrində yağış, bəzi yerlərdə güclü yağış, ildırım, dolu və küləyin ara-sıra güclənməsi gözlənilir.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat verib.

Agentliyin açıqlamasında bildirilir ki, proqnozlaşdırılan yağıntılar şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, həmçinin təpəlik və dağlıq ərazilərdə torpaq sürüşməsi və sel proseslərinin baş verməsinə və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

mənbə: interpress