İsveç-Gürcüstan Parlament Qrupu Gürcüstan parlamenti ilə əlaqəni kəsmək qərarına gəlib

Jan 17, 2025 - 22:23
 0  44
İsveç-Gürcüstan Parlament Qrupu Gürcüstan parlamenti ilə əlaqəni kəsmək qərarına gəlib

İsveç parlamentinin və Avropa Şurası Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Qustav Hötberqin sözlərinə görə, İsveç-Gürcüstan Parlament Dostluq Qrupu Gürcüstan parlamenti ilə əlaqəni kəsmək qərarına gəlib. O, bu barədə X-də yazıb.

“İsveç-Gürcüstan Parlament Dostluq Qrupu Gürcüstan parlamenti ilə bütün əlaqəni dərhal dayandırmaq qərarına gəlib”.

Qrup yeni prezidentin konstitusiyaya zidd təyin edilməsinə qarşı çıxır və Gürcüstanda yeni 

seçkilərin keçirilməsini tələb edir. Biz gürcü xalqının yanındayıq”, - Höteberg yazıb.

mənbə: marneulifm