Trampın inauqurasiyasına istənilən şəxs bilet ala bilər
"Donald Trumpın inauqurasiya mərasiminə biletləri istənilən şəxs ala bilər"
Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaladze, jurnalistlərə verdiyi açıqlamada, keçmiş Prezident Salome Zurabişvili və "Lelo" partiyasının üzvlərinin Trampın inauqurasiyasına qatılmaq niyyətində olduqlarını soruşduqda belə deyib:
"Biletler adi qaydada satılır və istənilən şəxs ala bilər. Əgər səhv etməyirəmsə, biletin qiyməti 500 min dollardan başlayır və 2 milyon dollara qədər qalxır. Bu, rəsmi mənbələrdə də açıq şəkildə yazılıb. Əgər istəyirlərsə, bu məbləği ödəyib inauqurasiyaya qatılmaqda heç bir problem yoxdur."
Kaladze həmçinin, "Gürcü Arzusu" partiyasından kiminsə Trumpın inauqurasiyasına qatılmaq niyyətinin olub-olmaması ilə bağlı suala cavab verərkən qeyd edib ki, onlar Tramp ilə yalnız o zaman görüşəcəklər ki, o, öz vəzifəsinə rəsmi olaraq başlayacaq.
"Tramp ilə görüşlər və əlaqələr yalnız o zaman olacaq ki, o, öz səlahiyyətlərini rəsmi olaraq yerinə yetirməyə başlasın", - deyə Kaxa Kaladze bildirib.
mənbə: interpress