Ozurgeti Məhkəməsi qadın qatilinə hökm oxudu
Ozurgeti Rayon Məhkəməsi ağırlaşdırıcı hallarda qəsdən adam öldürməkdə ittiham olunan şəxs barəsində hökm çıxarıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ov tüfəngindən atəş açaraq həyat yoldaşına həyati təhlükəli xəsarət yetirib.
Qadın aldığı yaradan hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları cinayəti törədən şəxsi həmin gün yaxalayaraq istintaqa təhvil veriblər.
Prokurorluq tərəfindən saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsinin "t" və "k" bəndləri ilə (ailə üzvünə qarşı, gender bərabərsizliyi və dözümsüzlük zəminində ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ittiham irəli sürülüb.
Ozurgeti Rayon Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittihamlar üzrə tamamilə təqsirli bilib və onu 18 il müddətinə azadlıqdan məhrum edib.