Yeni il gecəsi Tbilisidə ictimai nəqliyyat uzadılmış iş rejimində fəaliyyət göstərəcək

Dec 31, 2025 - 09:53
 0  9
Yeni il gecəsi Tbilisidə ictimai nəqliyyat uzadılmış iş rejimində fəaliyyət göstərəcək

Xeber.ge xəbər verir ki, Yeni il gecəsi paytaxtda ictimai nəqliyyat uzadılmış iş rejimində fəaliyyət göstərəcək.

"Metropoliten yanvarın 1-i saat 03:00-dək işləyəcək, avtobuslar isə 31 dekabr saat 23:00-ın əvəzinə yanvarın 1-i saat 03:00-dək hərəkət edəcəklər.

Rike-Nariqala kanat xətti sərnişinlərə 31 dekabr saat 22:00-dan yanvarın 1-i saat 03:00-dək xidmət göstərəcək.

Milad gecəsinə gəlincə isə, Tbilisi metrosunun iş vaxtı yanvarın 7-si saat 00:00-dan 03:00-dək uzadılacaq. Bu halda da sərnişinlərə xidmət ödənişsiz olacaq", - qurumun yaydığı məlumatda deyilir.