Luvr muzeyində oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Oct 26, 2025 - 14:27
Oct 26, 2025 - 14:31
 0  7
Luvr muzeyində oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Fransa polisi oktyabrın 25-i axşam saatlarında Luvr muzeyində oğurluq işi üzrə iki şübhəlini saxlayıb.

Xeber.ge xeber  verir ki, bu barədə "Le Figaro" qəzetinə  xəbər verir.

Şübhəlilərdən biri Parisin Ruasi-Şarl-de-Qoll hava limanında Əlcəzairə uçmaq üçün təyyarəyə minməyə çalışarkən saxlanılıb.

İkinci şübhəli Sena-Sen-Deni departamentində aşkarlanıb.  Luvr muzeyində baş vermiş oğurluq hadisəsi üzrə təhqiqat aparan mütəxəssislər muzeyin mühafizəçilərindən birinin potensial qarətçilərlə əlaqədə olduğunu sübut edən dəlillər aşkar ediblər.

Muzeydən oğurlanmış səkkiz qiymətli əşya, həmçinin bu işlə bağlı digər iki şübhəli hələ tapılmayıb.

Xatırladaq ki, Luvr muzeyində oğurluq hadisəsi oktyabrın 19-da baş verib.

mənbə: oxu.az