Narkotik cinayəti ittihamı ilə xarici vətəndaşlar həbs edildi

Oct 26, 2025 - 14:22
 0  8
Narkotik cinayəti ittihamı ilə xarici vətəndaşlar həbs edildi

Xarici ölkə vətəndaşları xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satılmasına kömək etmək ittihamı ilə həbs ediliblər.

Xeber.ge xeber  verir ki, məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, ittiham olunanların şəxsi axtarışı zamanı müxtəlif yerlərdən sübut kimi satışa hazırlanmış, xüsusilə böyük miqdarda narkotik vasitələr, o cümlədən "Mefedron", "Metadon" və "Alfa-PVP" aşkar edilib.

Bu cinayətə görə nəzərdə tutulan cəza 20 ilədək və ya müddətsiz azadlıqdan məhrumetmədir.