Tbilisidə külli miqdarda narkotik və sursatla iki nəfər saxlanılıb

Sep 13, 2026 - 14:45
Sep 13, 2026 - 14:45
 0  5
Tbilisidə külli miqdarda narkotik və sursatla iki nəfər saxlanılıb
: :
playing

Döyüş sursatı və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışına köməklik göstərilməsi, eləcə də narkotik tərkibli bitkinin qanunsuz yetişdirilməsi ittihamı ilə müxtəlif vaxtlarda iki nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, polis tərəfindən narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb.

"Daxili İşlər Nazirliyi Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları döyüş sursatı və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışına köməklik göstərilməsi, həmçinin narkotik tərkibli bitkinin qanunsuz yetişdirilməsi ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində, o cümlədən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış mənzillərində axtarış apararkən xüsusilə külli miqdarda narkotik vasitələr – "alfa-PVP", "kənaf bitkisi" və "qurudulmuş marixuana" götürüblər. Saxlanılan şəxslərdən birindən odlu silah üçün nəzərdə tutulmuş patronlar aşkar edilərək götürülüb.

Polis tərəfindən həmçinin narkotiklərin qablaşdırılması üçün zəruri olan materiallar da müsadirə olunub.

İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı (kvarta), 265-ci (prima) və 236-cı maddələri ilə aparılır ki, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə DİN-in açıqlamasında bildirilir.