Rustaveli prospektində hərəkət sxemi dəyişir
Rustaveli prospektinin reabilitasiyası çərçivəsində Çovelidze küçəsi ilə kəsişmədən Mixeil Cavaxişvili küçəsinə qədər olan yol sahəsinin açılmasından sonra hərəkətin müvafiq sxemi sentyabrın 11-i saat 00:00-dan etibarən dəyişir. Filarmoniyanın konsert zalı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri "Rustaveli" metro stansiyası istiqamətinə həm Mixeil Cavaxişvili (keçmiş Elbakidze enişi), həm də Zmebi Kakabadze (Kakabadze qardaşları) küçəsi istiqamətində hərəkət edə biləcəklər.
XEBER.GE xeber verir ki, Cavaxişvili küçəsindən avtomobillər hərəkəti həm Kakabadze qardaşları küçəsi istiqamətində, həm də Filarmoniya tərəfə və sola dönməklə Çovelidze küçəsində davam etdirə biləcəklər. Kakabadze qardaşları küçəsindən hərəkət birbaşa Cavaxişvili küçəsinə, eləcə də sola - Filarmoniya istiqamətinə mümkün olacaq.
Bu sahədə hərəkət edən ictimai nəqliyyatın müvafiq marşrutu da dəyişir: N301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 345, 352, 358, 359, 388, 391, 397 nömrəli avtobuslar və N457, 472, 532, 540, 541 nömrəli mikroavtobuslar Melikişvili prospektindən hərəkəti "Rustaveli" metro stansiyası istiqamətində davam etdirəcək və Mixeil Cavaxişvili küçəsindən keçməklə Kür çayının sağ sahilinə çıxacaqlar. Buradan isə Barataşvili küçəsi ilə əlaqə yaradaraq müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər. Əks istiqamətdə hərəkət edərkən Kostava küçəsi ilə əlaqə yaratmaq üçün eyni qaydada sağ sahil və Mixeil Cavaxişvili küçəsindən istifadə olunacaq.
Mixeil Cavaxişvili küçəsində bələdiyyə nəqliyyatı üçün iki dayanacaq fəaliyyət göstərəcək – N8 nömrəli binanın yaxınlığında və onun qarşısında, həmçinin N14 nömrəli binanın yaxınlığında və onun qarşı tərəfində.