Gediş haqqını ödəməyənlər büdcəyə milyonlar qazandırdı

Oct 26, 2026 - 10:26
 0  10
Gediş haqqını ödəməyənlər büdcəyə milyonlar qazandırdı

 

Gürcüstanın paytaxtı Tiflisdə ictimai nəqliyyatdan biletsiz istifadə edənlərin sayı ötən illə müqayisədə 1,5 dəfədən çox artıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, 2026-cı ilin ilk 9 ayı ərzində ictimai nəqliyyatda gediş haqqını ödəməyən sərnişinlərdən tutulan cərimələr hesabına dövlət büdcəsinə 2,7 milyon lari daxil olub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çoxdur.

Tiflisdə ictimai nəqliyyatdan biletsiz istifadəyə görə cərimə 20 lari  təşkil edir.

Cərimə 30 gün ərzində ödənilmədikdə isə məbləğ iki dəfə artırılaraq 40 lariyə çatdırılır

 

mənbə: publika