Potidə qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb
Gürcüstanın Poti şəhərində qətl hadisəsi baş verib. Orta yaşlı qadın öldürülüb, ağır cinayət törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb.
XEBER.GE xeber verir ki, Daxili İşlər Nazirliyi də 50 yaşına yaxın kişinin qəsdən adam öldürmə ittihamı ilə saxlanıldığını təsdiqləyib. Nazirliyin “TVPirveli”yə verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsini nəzərdə tutur.
Yerli sakinlərin sözlərinə görə, qətl hadisəsi dünən baş verib. İddialardan birinə əsasən, kişi yatmış həyat yoldaşını yastıqla boğaraq öldürüb, daha sonra isə mənzilə təbii qaz buraxıb.
Kişi hadisə yerinə təcili tibbi yardım briqadası çağırıldıqdan sonra saxlanılıb.