Polis 2 müəssisəni qarət edən 2 nəfəri saxlayıb
DİN-in məlumatına görə, Şida Kartli bölgəsində külli miqdarda oğurluq törətməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş iki nəfər – 1985-ci il təvəllüdlü K.K. və 1980-ci il təvəllüdlü T.D. saxlanılıblar.
Xeber.ge xəbər verir ki,
Əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər oğurlanmış rəngli metalları maddi gəlir əldə etmək məqsədilə böyük məbləğ müqabilində qəbul məntəqələrindən birinə təhvil veriblər.
Polis qanunsuz satışdan əldə edilmiş 14 000 lariyə yaxın pulu, oğurlanmış mis kabellərin doğranmış hissələrini, həmçinin bahalı aqreqatı maddi sübut kimi götürüb. Qeyri-qanuni əməllər nəticəsində xarici şirkətlərin müəssisələrinə ümumilikdə 50 000 lariyə yaxın zərər dəyib”, – deyə DİN-in açıqlamasında bildirilir.
Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsinin “a” və “b” bəndləri ilə aparılır. Bu maddə anbara qanunsuz daxil olaraq, əhəmiyyətli ziyan vurmaqla oğurluq törətməni nəzərdə tutur və 5 ilədək azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırılır.