İrakli Kobaxidze: Gareci ilə bağlı kampaniya antiddövlət xarakteri daşıyır

Sep 10, 2026 - 14:24
 0  15
İrakli Kobaxidze: Gareci ilə bağlı kampaniya antiddövlət xarakteri daşıyır

İrakli Kobaxidzenin sözlərinə görə, Gareci mövzusu "sifarişli kampaniyadır".

Bu bəyanatla Parisdən çıxış edib və sələfinin "korrupsiyalaşmış" olmasına dair işarələr vurub.

XEBER.GE xeber  verir ki, Kobaxidze mümkün sifarişçinin adını çəkməsə də, bu istiqamətdə hüquqi addımların atılmasını istisna etmir.

"Açıq-aydın sifarişli kampaniyanın əlamətləri görünür, bu kampaniyalar tamamilə yalan üzərində qurulub, o cümlədən Gareci məsələsi ilə bağlı kampaniya. Belə məsələlərdə azacıq da olsa məlumatı olan hər kəsə çox yaxşı aydındır ki, belə mövzularda qərarlar qeyri-şəffaf şəkildə qəbul edilə bilməz, üstəlik o fonda ki, Gürcüstan hökumətinin bütün aktları şəffafdır, bütün aktlar dərc olunur.

Buna baxmayaraq, konkret insanlar, konkret media vasitəsi dövlət üçün həssas olan belə bir mövzu ilə bağlı kampaniya qaldırmağa cəhd göstərdilər.

Müvafiq olaraq, bütün bunlar bu kampaniyanın sifarişçilərinin və icraçılarının antidۆvlət təbiətindən xəbər verir. Çox təəssüf ki, ölkəmizdə belə hadisələr baş verir.

Bir daha təkrar edəcəyəm ki, saysız-hesabsız problemlər olub və heç kəs bu problemləri saxta kampaniyalarla ört-basdır edə bilməz, korrupsiya ilə bağlı ciddi problemlər var idi.

Elə insanlar var ki, onlar üçün, görünür, korrupsiya orqanikadır və onların ağlına belə gəlmir ki, niyə insanlar, o cümlədən komanda konkret bir insana, komandanın keçmiş liderinə qarşı onun korrupsiyaya bulaşması səbəbindən qəzəblənə bilər...

Konkret kampaniyaya, Gareci ilə bağlı kampaniyaya, qaranlıq medianın vasitəsilə apardıqları digər kampaniyalara gəldikdə isə, bunun yeganə qiymətləndirməsi var – bunlar antiddövlət əməlləridir və əlbəttə ki, buna müvafiq cavab verilməlidir.

Mənim əlimdə konkret fakt olmadığı üçün hüquq-mühafizə orqanlarının belə faktları ola bilər, mən sadəcə ehtimallarla danışa bilərəm... Bu kampaniya o qədər həssas bir məsələyə toxunur ki, bunun sərbəst şəkildə hüquqi davamı ola bilər, lakin bütün bunlar müvafiq orqan və qurumların həll edəcəyi məsələdir", – deyə o bildirib.