Tbilisidə yeniyetmə digər yeniyetmə tərəfindən bıçaqlanaraq öldürüldü
Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə yeniyetməni qəsdən öldürməkdə şübhəli bilinən digər bir yeniyetmə saxlanılıb. Hadisə bu gün, sentyabrın 10-da baş verib.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il sentyabrın 10-da Tbilisidə qarşılıqlı mübahisə zəminində soyuq silah işlətməklə yeniyetməyə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Aldığı xəsarətlər nəticəsində yeniyetmə elə hadisə yerindəcə həyatını itirib.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən şəxs isti izlərlə saxlanılıb", - deyə qurumdan bildirilir.
İstintaq Cinayət Məcəlləsinin 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.