Gürcüstanda qanunsuz silah-sursat saxlayan 5 şəxs saxlanılıb

Sep 10, 2026 - 12:20
 0  12
Gürcüstanda qanunsuz silah-sursat saxlayan 5 şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin şəxsi, avtomobil və yaşayış evlərində aparılan axtarışlar zamanı sübut kimi 2 avtomat, 5 tapança, daraqlar və onlarla döyüş patronu götürülüb.

Cinayət 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti, İmereti, Şida Kartli, Raça-Leçxumi və Kvemo Svaneti polis departamentlərinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin şəxsi, avtomobil və yaşayış evlərində aparılan axtarışlar zamanı maddi sübut kimi müxtəlif növ odlu silah və döyüş sursatı, o cümlədən: 2 avtomat, 5 tapança, daraqlar və onlarla döyüş patronu götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri ilə aparılır.