Gürcüstanda beynəlxalq müşahidəçilərin statusu dəqiqləşdirilir - MSK-ya yeni səlahiyyətlər verilir
Gürcüstanın Seçki Məcəlləsinə beynəlxalq seçki müşahidəçilərinin fəaliyyətini tənzimləyən yeni dəyişikliklər təşəbbüsü ilə çıxış edib.
Xeber.ge xeber verir ki,
Bu, qanunvericilik səviyyəsində beynəlxalq müşahidəçilərin yalnız əcnəbilərdən ibarət olmasını dəqiqləşdirir.
Tərcüməçilərin qeydiyyatı və monitorinq qaydaları Dəyişikliklər paketində beynəlxalq müşahidəçiləri müşayiət edən tərcüməçilərin qeydiyyat prosedurları da əksini tapıb. Bundan əlavə, seçki komissiyasının iclasları zamanı foto, video və audio monitorinqin aparılması qaydaları birbaşa qanunla deyil, Mərkəzi Seçki Komissiyasının (MSK) xüsusi qərarnaməsi ilə müəyyən ediləcək.
Qeyd edək ki, qanun layihəsinin təşəbbüskarları parlamentin Hüquq Məsələləri Komitəsinin üzvü olan deputatlardır. Yeni qaydaların şəffaflığın artırılmasına və beynəlxalq standartların tətbiqinə xidmət etdiyi bildirilir.